Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 13 % artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 85,134 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % çoxdur.
Təkcə mayda isə Türkiyə Azərbaycana 16,167 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3 % çoxdur.
5 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 7 % azalaraq 4,843 milyard ABŞ dollarına, mayda isə 13,7 % azalaraq 911,387 milyon ABŞ dollarına düşüb.
"Cebheinfo.az"

