Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 3 % artırıb

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 3 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 18,613 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 3,32 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,2 % azdır.

Türkiyədən ən çox idxalı ABŞ 308,642 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12,2 % çox), İtaliya 131,419 milyon ABŞ dolları (7,2 % çox) və Almaniya 101,286 milyon ABŞ dolları (11,6 % az) həyata keçirib.

5 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 0,1 % azalaraq 1 811,657 milyon ABŞ dollarına, mayda isə 12,2 % azalaraq 362,667 milyon ABŞ dollarına düşüb.

"Cebheinfo.az"