Paşinyan Putindən nəyi xahiş edib? – DETALLAR

Paşinyan Putindən nəyi xahiş edib? – DETALLAR

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bəzi rayonlarından çıxarılması razılaşdırılıb.

Lakin onlar Ermənistanın Türkiyə və İranla sərhədində qalacaqlar. 

“Cebhe.info”-nun məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib. 

“Bəli, bu doğrudur, 2020-ci ilin payızında Ermənistan tərəfinin tələbi ilə bizim hərbçilər və sərhədçilər Ermənistanın bir sıra bölgələrində yerləşdirilib. Paşinyan deyib ki, bu gün dəyişmiş şərtlərə görə artıq buna ehtiyac yoxdur. Ona görə də Prezident Putin hərbçilərimizin və sərhədçilərimizin çıxarılmasına razılaşdı”.

Dmitri Peskov bildirib ki, yenə də Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar. 

Müşfiq Abdulla 
“Cebhe.info”