Qəzzada ölənlərin sayı 37 mini ötdü

2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 37,3 mini keçib, 85,5 min nəfər isə yaralanıb.
"Cebhe.info" xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi Teleqram kanalında məlumat yayıb.
"Ötən ilin oktyabrından İsrailin Qəzzaya hücumu nəticəsində qurbanların sayı 37 min 396 nəfərə yüksəlib, 85 min 523 nəfər yaralanıb", - məlumatda deyilir.
Qeyd olunur ki, son 24 saat ərzində İsrail hərbçilərinin hücumları nəticəsində 24 fələstinli ölüb, 71 nəfər yaralanıb.
Məlumatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də qeyd olunub.
Nigar Hacılı
"Cebhe.info"