Rusiya səmasında “PUA yağışı”

Rusiya səmasında “PUA yağışı”

Aprelin 28-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Ukraynanın Rusiyaya növbəti PUA hücumu cəhdini dayandırıb.

“Cebhe.info” xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti hava hücumundan müdafiə sistemlərinin növbətçiliyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, ümumilikdə 17 təyyarə tipli pilotsuz uçuş aparatı tutularaq məhv edilib. Belə ki, Bryansk vilayətinin ərazisi üzərində doqquz PUA, Kursk və Kaluqa vilayətlərinin əraziləri üzərində üç pilotsuz uçuş aparatı, Belqorod vilayətinin ərazisi üzərində iki pilotsuz uçuş aparatı vurulub.

Xəzər
“Cebhe.info”