Şimali Koreyanın nümayəndə heyəti İrana gedir

Şimali Koreyanın nümayəndə heyəti İrana gedir

Şimali Koreyanın xarici ticarət naziri Yun Jonq Honun başçılıq etdiyi nümayəndə heyəti İrana gedir.

"Cebhe.info" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

 KİV-in məlumatına görə, Xarici Ticarət Nazirliyinin nümayəndə heyəti aprelin 23-də Pxenyanı tərk edib.  Səfərin məqsədləri və gündəliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi bu səfərin iki ölkənin hərbi əlaqələri artırmaq planları ilə bağlı ola biləcəyinə diqqət çəkir.

Xatırladaq ki, Şimali Koreya rəsmiləri İrana sonuncu dəfə 2019-cu ildə səfər ediblər.

Nigar Hacılı 
"Cebhe.info"