Tramp bundan imtina etdi

Tramp bundan imtina etdi

ABŞ İran rejiminə məxsus zənginləşdirilmiş uranı ələ keçirmək üçün İrana planlaşdırdığı yerüstü missiyanın inkişaf etmiş mərhələsində olsa da, Prezident Donald Tramp əməliyyatı dayandırıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Vəziyyətlə tanış olan iki mənbə “CNN”-ə bildirib ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Trampı missiya barədə məlumatlandırıb.

O, belə bir əməliyyatın ABŞ üçün əhəmiyyətli itkilərə səbəb ola biləcəyi barədə xəbərdarlıq aldıqdan sonra bundan imtina etmək qərarına gəlib. 

Qeyd edilir ki, mayın 19-da Keyn Brüsseldə keçirilən NATO iclasından Trampa məlumat vermək üçün təcili Florida ştatının Tampa şəhərinə yola düşüb.

Tramp missiyanı dayandırmazdan əvvəl ABŞ missiyanı təsdiqləməyə çox yaxın olub.

“Trampın qərarına ABŞ ilə İran arasında düşmənçiliyin artması və qlobal iqtisadiyyata artan təzyiq də təsir edib”, - deyə məlumatda bildirilir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”