Oman sahillərində tanker zədələnib
Oman sahillərində tanker naməlum mərmi ilə vurulub.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) məlumatında bildirilib.
Mərmi gəminin burun hissəsinə dəyib.
"Ekipaj zərər çəkməyib və ətraf mühitə hər hansı bir təsir barədə məlumat verilməyib. Tanker
növbəti limana doğru kursunu davam etdirir. Hakimiyyət orqanları araşdırma aparır", - məlumatda qeyd olunub.
"Cebheinfo.az"

