Yağış daşqınlara səbəb olub

Yağış daşqınlara səbəb olub

Qırğızıstanın Oş bölgəsində yağan həddindən artıq yağış sel və daşqınlara səbəb olub.

"Cebhe.info" xəbər verir ki, Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Oş vilayətində üstüörtülü bazarın, yolların və parkların həddindən artıq yağıntılar səbəbindən su altında qaldığını bildirib.

Sel nəticəsində Toloykon və Özgür kəndlərində gəzinti sahələrində qapalı qalan 431 nəfər qrupların işi ilə xilas edilərək təhlükəsiz əraziyə köçürülüb.

Nookat rayonunun Oş-Batken-Razzakov yolunun 57-ci kilometrliyində su basması səbəbindən yol müvəqqəti bağlanıb.

Oş şəhərində çayın daşması nəticəsində Qapalı Bazarda iş yerləri su altında qalıb, çoxlu sayda avtomobili sel aparıb.

Qeyd edək ki, daşqından zərər çəkmiş ərazilərə 200-dən çox xilasetmə qrupu, 20 əsgər və 170 polis cəlb edilib.

Nigar Hacılı
"Cebhe.info"