Zaxarova: "Qərbdə dondurulmuş Rusiya aktivləri toxunulmaz qalmalıdır"

Zaxarova: "Qərbdə dondurulmuş Rusiya aktivləri toxunulmaz qalmalıdır"

Qərbdə dondurulmuş Rusiya aktivləri toxunulmaz qalmalıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova qeyd edib ki, Rusiya aktivləri toxunulmaz qalmalıdır, əks halda Qərbin oğurluğuna sərt cavab veriləcək.

Kremlin sözçüsü Dmitri Peskov da dondurulmuş Rusiya aktivlərinin Qərb tərəfindən Ukrayna verilməsi məsələsi barədə danışıb. O, Rusiyada da Qərb ölkələrinin dondurulmuş aktivlərinin olduğunu xatırladıb. Bildirib ki, hələlik, bu barədə danışmaq tezdir: “Əlbəttə ki, bizdə də Qərbin, müxtəlif strukturların pulları var. İndi bunu konkretləşdirməyin vaxtı deyil. Əgər belə təhlükəli nümunə yaransa, o zaman bu, Qərbin bütün iqtisadi sisteminin gələcək tabutuna vurulmuş mismar olacaq. Xarici investorlar, aktivlərini Qərb ölkələrində saxlayanlar pullarını yatırmamışdan əvvəl on dəfə bu barədə düşünəcəklər. Etibarlılıq yox olacaq. Əlbəttə ki, belə qərar olacağı təqdirdə geniş məhkəmə perspektivi olacaq və Rusiya bu məhkəmə perspektivindən istifadə edəcək, sona qədər öz maraqlarını müdafiə edəcək".

"Cebhe.info"