Bakı milyonçusunun mənzili satışa çıxarıldı - VİDEO

Bakı milyonçusunun mənzili satışa çıxarıldı - VİDEO

Ötən əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından olan Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb.

Qoqol, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsinin yerləşən evdə sonradan “Neftçi Qurban” kimi tanınan Ağaqurban Əliyev və oğlu Yalçın Əliyev yaşayıblar.

Bir neçə ay əvvəl isə evdə Yalçın Əliyevin cəsədi aşkar edilib. Mənzildə tək yaşadığı üçün Y.Əliyevdən ilk günlər heç kim xəbər tutmayıb. Yalnız vəfatından yeddi ay sonra dövlət strukturlarının əməkdaşları tərəfindən Y.Əliyevin meyiti aşkar edilərək dəfn olunub.

Hazırda mənzil satışa çıxarılıb. Əmlak saytlarından birində yerləşdirilən elanda 200 kvadratmetr sahəsi olan mənzilin 1 200 000 (bir milyon iki yüz min) manata satıldığı, real müştəri olacağı təqdirdə endirim ediləcyi bildirilib.

Qeyd edək ki, paytaxtın mərkəzində tarixi binalarla yanaşı, yeni tikilən binalarda da qiyməti milyon manatlarla ölçülən evlərə rast gəlmək mümkündür.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "Baku TV"-yə deyib ki, mənzillərin qiyməti yerləşdiyi ərazidən çox, onu inşa edən tikinti şirkətinin nüfuzundan asılıdır.

Daha ətraflı video süjetdə:

"Cebhe.info"