Bakıda yük avtomobili qadını vuraraq öldürüb
Bakıda yük avtomobili qadını vuraraq öldürüb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
"Cebhe.info"