Oğuzda avtomobil aşdı - Xəsarət alan var

Oğuzda avtomobil aşdı - Xəsarət alan var

Oğuzda minik avtomobili aşıb, xəsarət alan var.

"Cebhe.info" APA-ya istinadən xəbər verir ki, hadisə Qarabulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan “Ford Fusion” markalı avtomobilin aşması nəticəsində Oğuz rayon sakini, 1992-ci il təvəllüdlü Elçin Maqsud oğlu İsmayılov xəsarət alıb.

Yaralıya Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin tibbi yardım göstərilib, sonra müayinə üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"