Azərbaycan ən çox bu ölkələrə neft satır - SİYAHI

Azərbaycan ən çox bu ölkələrə neft satır - SİYAHI

Azərbaycanın 2023-cü ildə ən çox neft satdığı ölkələrin adı açıqlanıb.

“Cebhe.info” xəbər verir ki, ötən il Azərbaycan ən çox İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Hindistan, Yunanıstan, ABŞ, İspaniya və Gürcüstana xam neft və neft məhsulları satıb.

Belə ki, ümumi sıralamada İtaliya 43.6 faizlə ilk yerdədir.

Məlumatda həmçinin Azərbaycanın 1 il ərzində satdığı neft və neft məhsullarının 7.6 faizini Hindistan, 5.4 faizini Almaniya, 4.7 faizini İspaniya, 4.2 faizini Çexiya alıb. Qalan 34.5 faizi isə digər ölkələrə satılıb.

Vilayət Muxtar
“Cebhe.info”