Lirə bu gün də ucuzlaşıb

Lirə bu gün də ucuzlaşıb

Türkiyə valyuta birjalarında dollar və avro günə bahalaşma ilə başlayıb.

“Cebhe.info” xəbər verir ki, dollar 0.05, avro isə 0.37 faiz dəyər qazanıb. Hazırda 1 dollar 32.19, 1 avro isə 34.98 lirə səviyyəsində qərarlaşıb.

Lirə Azərbaycan manatı ilə müqayisədə isə sabit qalıb. Hazırda 1 manat 18.93 lirəyə təklif olunur.

Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.

Vilayət Muxtar
“Cebhe.info”