Bakıda 22 yaşlı qız qətlə yetirilib

Bakıda 22 yaşlı qız qətlə yetirilib

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Elnarə Xətai qızı Cabbarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Səbuhi İlkin oğlu Qurbanov sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"