Çiyələk yemək bu insanlara ziyandır - HƏKİM

Çiyələk yemək bu insanlara ziyandır - HƏKİM

Rusiyalı tanınmış dietoloq və qastroenteroloq Aleksandra Razarenova çiyələkdən sui-istifadə etməmək barədə xəbərdarlıq edib.

“Cebhe.info” xəbər verir ki, həkim bu giləmeyvənin bir sıra əks göstərişlərə malik olduğunu deyib. 

“Sputnik” radiosuna müsahibə verən mütəxəssis qeyd edib ki, çiyələk tərkibindəki üzvi turşuların çoxluğuna görə qastrit, xora və mədə-bağırsaq traktının digər xəstəlikləri olan insanların vəziyyətini pisləşdirə bilər.

Razarenova həmçinin böyrək xəstəlikləri və diabet xəstələri üçün giləmeyvə ehtiyatla istifadə etməyi tövsiyə edir.

“Həkim sağlam insanlara bütün faydalarına baxmayaraq, gündə təxminən 150 qram giləmeyvə ilə məhdudlaşmağı tövsiyə etdi. Belə ki, giləmeyvə maqnezium, kalium, manqan və fol turşusu, həmçinin C, K, E və B6 vitaminləri ilə zəngindir”, -deyə həkim əlavə edib.

Xəzər
“Cebhe.info”