Tacir Şahmalıoğlu vergi ödəmir? - VİDEO

Tacir Şahmalıoğlu vergi ödəmir? - VİDEO

"Bir də görürsən toya pulsuz gedirəm. Ya da 100 manata toya gedirəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Elgizlə izlə" verilişində deyib. Sənətçi vergi ödəməsindən və toylara getməsindən danışıb:

"Biz də toya gedib, ailə dolandırırıq. Onun da vergisini ödəyirik. Müğənnilərə dəyməyin, biz elin güzgüsüyük. Biz xalq üçün yaşayırıq. Gedib cibimdən pul verib 2-3 minə mahnı yazdırıram. Gedib niyə pulsuz oxuyum? Hərdən gedirəm də. Müğənni toya gedib əziyyət çəkir".

T.Şahmalıoğlu "Vergi VÖEN-nin var?" sualına "VÖEN-im yoxdur. Amma mənim 1 bədii, 3 sənədli filmim, adım Qızıl Fonddadır. 48 dövlət mənim filmlərimə baxır. Dövlət mənim 5 manatıma möhtacdır?" reaksiyasını verib.

https://t.me/axsamaz1/9721

"Cebhe.info"