47 yaşlı ana oğluna belə dəstək verdi

47 yaşlı ana oğluna belə dəstək verdi

Türkiyənin Kahramanmaraş şəhərinin sakini, beş uşaq anası 47 yaşlı Fatma Civan universitet təhsilini yarımçıq qoyan oğlunu motivasiya etmək üçün ali təhsil müəssisəsinə imtahan verib.

O, uğurlu nəticə göstərib.

"Cebhe.info" İHA-ya istinadən xəbər verir ki, əl sənətləri fakültəsinin 1-ci kurs tələbəsi olan Fatma Civan deyib:

"Oxumaq, təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur.

Hansı yaşda oluramsa, gənclərə örnək olmaq istəyirəm. İstəyirəm ki, bütün gənc qızlarımız oxusunlar. Oxuyub, peşə sahibi olsunlar.

İmtahan verib universitetə qəbul olma səbəbim isə oğlumdur. O, universitetin ikinci kursunda oxuyanda təhsilini yarımçıq qoydu. Ona motivasiya vermək üçün universitet oxuyacağıma söz vermişdim. Mən bu işi oğlum, sırf onun həyatı üçün həyata keçirdim".

Həsən Məmmədov 
"Cebhe.info"