Parlaq dəriyə sahib olmağın əsas sirri nədir?

Parlaq dəriyə sahib olmağın əsas sirri nədir?

Sağlam, parlaq və hamar dəriyə sahib olmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. 

"Cebhe.info" xəbər verir ki, dəriyə qulluq üçün kətan toxumundan istifadə etmək olduqca xeyirlidir.

Bir çox kosmetik məhsulla yanaşı, tərkibindəki maddələr sayəsində kətan toxumu kollagen əlavəsi kimi çıxış edir.

Dərinizə təsirləri isə aşağıdakılardır:

*Kətan toxumunun tərkibindəki zəngin yağlar, mineral və vitamin əlavələri sızanaqları sağaltmağa kömək edir. 

*Dərinin daha möhkəm bir görünüş qazanması, qırışların qarşısını almaq üçün də kətan toxumundan istifadə edə bilərsiniz. Çünki kətan toxumu lazım olan nəmi təmin edərək dərini hamarlaşdırır.

*Dərinin səthində qızartı, qıcıqlanma və ya iltihab kimi problemlərin qarşısını alır. Dərinizdə müəyyən qeyri-bərabər rəng tonu varsa, ləkələr çoxdursa, kətan toxumunu sınaya bilərsiniz. 

*Kətan toxumu dərinin üst səthindəki ölü hüceyrələrin çıxarılmasında da təsirli ola bilər. Tərkibindəki titamin maddəsi orqanizmi enerji ilə təmin edir və sinir sistemini qoruyur. 

*Yalnız dəri sağlamlığı üçün faydalı olduğu düşünülsə də, kətan toxumu alzeimer və parkinson kimi xəstəliklərin riskini azalda bilər. 

Kətan toxumunu dəriyə bu cür tətbiq edə bilərsiniz:

*Bir qaba 2 xörək qaşığı kətan toxumu əlavə edin və üzərini örtəcək qədər su əlavə edin. Qarışdırdıqdan sonra qabın üstünü örtün və bir gecə saxlayın.
*Su ilə birləşən kətan toxumunun sıx jele halına çevrildiyini görə bilərsiniz. Bundan sonra kətan toxumunu dərinizə yaxşıca çəkin.

*Yarım saat gözlədikdən sonra dərinin dartılmağa başladığını hiss edə bilərsiniz. Daimi istifadə edildikdə dəri daha nəmlənəcək və qırışlardan azad olacaq.

Naibə
"Cebhe.info"