Yemək zaman su içməyin ziyanı: Həkim danışdı

Yemək zaman su içməyin ziyanı: Həkim danışdı

Bir çoxlarımızın yemək yediyimiz zaman su işmək vərdişi var.

“Cebhe.info” xəbər verir ki, qastroenteroloq və dietoloq Elvira Beleva qidaların su ilə yuyulmasının fəsadlarından danışıb.

Həkim  bu ümumi vərdişin təhlükələri barədə xəbərdarlıq edib. 

“UfaTime.ru” saytına müsahibə verən mütəxəssis qeyd edib ki, yemək zamanı su içmək mədə şirəsinin durulanmasına və mədə yanmasını artırmağa kömək edir.

Belə ki, yeməkləri su ilə yuyan insan həzm prosesini pisləşdirir.

Bununla əlaqədar olaraq, qidalanma mütəxəssisi yeməkdən 30 dəqiqə əvvəl və ya yeməkdən 30-40 dəqiqə sonra su içməyi məsləhət görür. Bu məsləhətə riayət etmək həm də həddindən artıq yeməkdən qoruyacaq, çünki su mədədə toxluq hissi yaradacaq. Ümumiyyətlə, o,  yemək zamanı su içərkənmoderasiyaya riayət edilməli olduğunu deyib. Mütəxəssis əlavə edib ki, bir az su içmək qidanın udma və həzm prosesini asanlaşdıracaq.

Xəzər
“Cebhe.info”