Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

"Cebhe.info" Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.

C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.

"Cebhe.info"