“Şahin ağa” “Memati”nin yeni serialında

“Şahin ağa” “Memati”nin yeni serialında

Türkiyəli məşhur aktyor Turgay Tanülkünün yeni layihəsi bəlli olub.

“Cebhe.info” xəbər verir ki, təcrübəli aktyor TRT-nin digital platformu “Tabii”də çəkilən “Marnalı” serialında rol alacaq.

O, layihədə “Həsən” obrazına həyat verəcək. Serialın baş rolunu isə Gürkan Uygun canlandırır.

Qeyd edək ki, Gürkan Uygun və Turgay Tanülkü illər öncə əfsanəvi “Kurtlar Vadisi” serialında rol alıblar. Onlar “Marnalı” ilə yenidən eyni layihədə çəkiləcəklər.

Elmir Mustafa
“Cebhe.info”