Blinken: "Biz, əlbəttə ki, Rəisinin ölümünə yas tutmuruq"

Blinken: "Biz, əlbəttə ki, Rəisinin ölümünə yas tutmuruq"

ABŞ-nin dövlət katibi Entoni Blinken çərşənbə axşamı Konqresdə dinləmələr zamanı İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasını şərh edib.

"Cebhe.info" xəbər verir ki, ABŞ dövlət katibi deyib:

"Rəisinin hakim və prezident kimi dəhşətli səriştəsini nəzərə alsaq, İran xalqı çox güman ki, onsuz daha yaxşı vəziyyətdə olacaq”.

"Biz, əlbəttə ki, onun ölümünə yas tutmuruq", - Antoni Blinken əlavə edib.

Maraqlıdır ki, daha əvvəl ABŞ Dövlət Departamenti İbrahim Rəisinin və digər İran rəsmilərinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı verərək, “İran xalqına və onun insan haqları və əsas azadlıqlar uğrunda mübarizəsinə dəstəyini” bir daha təsdiqləyib.

Xəzər

"Cebhe.info"