Partiya sədri: “Ukrayna münaqişəsinin tərəfinə çevrilirik”

Partiya sədri: “Ukrayna münaqişəsinin tərəfinə çevrilirik”

“Biz Rusiya-Ukrayna münaqişəsində tərəfə çevrilirik”.

“Cebhe.info”-nun məlumatına görə, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Edmon Marukyan Ukraynanın bərpası üzrə Berlində başlayan konfransda ölkəsinin xarici işlər nazirinin müavini səviyyəsində iştirak etməsinə münasibət bildirərkən deyib. 

“Yəni Gürcüstan iştirak edir, Azərbaycan iştirak edir, gəlin biz də iştirak edək. 

Son vaxtlar Ermənistanda Ukraynanı uğur hekayəsi kimi təqdim etməyə cəhdlər edildiyini görürük. Müxtəlif siyasi qüvvələr, ekspertlər buna çalışırlar. Hər kəs soruşmalıdır: Ermənistanın Ukraynanın bərpası ilə bağlı konfransa nə dəxli var? Biz hələ də Rusiya Federasiyasının bu regionda strateji tərəfdaşı olduğumuzu qəbul edirikmi? Baş nazir Moskvaya gedib və Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmasını istəyib. Biz isə Rusiyanın düşməni olan Ukraynanın bərpası ilə bağlı konfransa gedirik. Biz Rusiya-Ukrayna münaqişəsinin tərəfinə çevrilirik”, - deyə Marukyan bildirib. 

Marukyanın fikrincə, Ermənistan tərəfi belə addımlarla ölkə iqtisadiyyatına zərbə vura bilər. “İnsanlar kreditlərlə yüklənir, sonra bank sistemi, daha sonra isə qalan sistemlər zərbə alacaq”,-Marukyan əlavə edib. 

Partiya sədri Ermənistan nümayəndələrinin Buçaya səfərinə “avantüra” adlandırıb. 

Müşfiq Abdulla 
“Cebhe.info”