4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi açıqlama

4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi açıqlama

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi ilə bağlı iddialara aydınlıq gətirib.

"Cebhe.info" xəbər verir ki, bu barədə o, brifinq zamanı məlumat verib.

Direktor bildirib ki, 4-cü sinfi bitirən şagirdlər üçün "Son zəng" keçirilməsi valideynlərin təşəbbüsü ola bilər, Agentlik məktəblərə belə tapşırıq verməyib:

"Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”.

"Cebhe.info"