DİN:"Naməlum zənglərə cavab verməyin"

DİN:"Naməlum zənglərə cavab verməyin"

"Bank kartı məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var. İyunun 14-15-də bir sıra vətəndaşın bank hesabından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 170, 110, 50 və 19 manat müxtəlif üsullarla oğurlanıb.

Kiberdələduzlar əsasən naməlum nömrələrdən gələn zəng və SMS-lərlə, saxta saytlar və şübhəli platformalar vasitəsilə müdaxilə edirlər".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir. DİN vətəndaşlara müraciət edib: "Naməlum nömrələrə cavab verməyin, şübhəli linklərə daxil olmayın, bank kartı nömrəsi, PIN, CVV, OTP kimi məlumatlarınızı heç kimə verməyin, Özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən tanımadığınız şəxslərə inanmayın".

Nigar
"Cebheinfo.az"