Bunu edənlər həbs olunacaq - YENİ QƏRAR

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu gün səhər İran raketlərinin vurulduğu Petah Tikvada verdiyi açıqlamada, raketləri lentə alanları və “hücumlara sevinən insanları” həbs edəcəklərini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Ben-Qvir iddia edib ki, raket eniş yerlərini yayımlayan xarici media İsrailin təhlükəsizliyini təhlükə altına alır.
"İsraildə raket eniş yerlərini göstərən yayımlar dövlətin təhlükəsizliyinə təhdiddir və bunu edən hər kəs təhlükəsizliyə zərər verən şəxs hesab olunacaq", - Ben-Qvir bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"