Urmiyəyə hücum: 10 əsgər həlak oldu

Urmiyəyə hücum: 10 əsgər həlak oldu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələrinin 10 əsgəri ölkənin şimal-qərbində hava hücumunu dəf edərkən həlak olub.

“Cebehinfo.az” xəbər verir ki, bu barədə İranın YJC xəbər agentliyi  məlumat yayıb. 

“Qərbi Azərbaycan Əyalətinin İnqilab Keşikçiləri Korpusu İsrailin Urmiyə şəhərinə hücumunu dəf edərkən həlak olan “Həmzə” üçüncü hava hücumundan müdafiə diviziyasının 10 əsgərinin adını açıqlayıb”,-deyə məlumatda vurğulanır.

Xəzər
“Cebheinfo.az”