İran: İsrailin hücumlarının arxasında ABŞ dayanır

İran: İsrailin hücumlarının arxasında ABŞ dayanır

İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrailin hücumlarının ABŞ-nin koordinasiyası və dəstəyi ilə həyata keçirildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Bəqai paytaxt Tehranda Xarici İşlər Nazirliyi binasında keçirdiyi mətbuat konfransında İsrailin hücumları ilə başlayan İran-İsrail münaqişəsi ilə bağlı qiymətləndirmələr edib.

İsrailin hücumlarının ABŞ-lə danışıqlar prosesinin davam etdiyi bir vaxtda baş verdiyinə diqqət çəkən Bəqai, "Sionist rejimin təcavüzü ilə qarşılaşanda biz diplomatik prosesin və danışıqların ortasında idik. Daha əvvəl də qeyd etdiyim kimi, sionist rejimin ABŞ-nin koordinasiyası, əməkdaşlığı və dəstəyi olmadan həyata keçirildiyinə inanmadığımız bu hərəkəti diplomatik prosesi və danışıqları mənasızlaşdırıb” deyib.

ABŞ və Qərb ölkələrinin İsrailə verdiyi dəstəyin sülh və təhlükəsizliyi misli görünməmiş təhlükə riski altına atdığını deyən Bəqai, "BMT Təhlükəsizlik Şurası üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Münafiqlik, yalnız təcavüzü qanuniləşdirmək və ya təcavüzkarla hücuma məruz qalan ölkənin mövqeyini eyniləşdirmək riyakarlıqdan başqa bir şey deyil" deyə bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"