Ağdamda dördotaqlı ev yanır: Səbəb mürəbbədir - YENİLƏNİB

Ağdamda dördotaqlı ev yanır: Səbəb mürəbbədir - YENİLƏNİB

Ağdamda 4 otaqlı ev yanır.

"Cebheinfo.az"  xəbər verir ki, yanğın hadisəsi rayonun Mirəşelli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Səmədov Aydın Muxtar oğluna məxsus 4 otaqlı evdə çıxan yanğına səbəb mürəbbədir.

Belə ki, evdə bişməsi üçün qaz peçinin üstünə qoyulan mürəbbə daşıb. Yanğın da bundan sonra çıxıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub.

***

Əldə etdiyimiz məlumata görə, yanğın söndürülüb. Yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alınıb.

"Cebheinfo.az"