Peskov: "Putin vasitəçiliyə hazırdır"

Rusiya İsrail və İran arasında münaqişənin həllində vasitəçi olmağa hazırdır; məsələ ilə bağlı təmaslar aparılıb.
Yenisabah.az rbk-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib: “Bilirsiniz ki, son bir neçə gündə Putin bir neçə mühüm telefon danışığı aparıb. Rusiya zəruri hallarda vasitəçilik xidmətləri göstərməyə hazırdır".
Mətbuat katibi Putinin amerikalı vəzifədaşı Donald Trampla söhbətində irəli sürdüyü təklifləri aktual adlandırıb.
"Cebheinfo.az"