Direktor və direktor müavinlərinə xəbərdarlıq

Direktor və direktor müavinlərinə xəbərdarlıq

“Hazırda dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslərə bildirmək istəyirəm ki, sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, bu barədə bilavasitə məsuliyyət daşıyan vəzifəli tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək”.

“Cebhe.info” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırov deyib.

“Yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır. Yoxlama tədbirləri ilin sonunadək davam edəcək. Qaydaların və təlimatların pozulması halları yolverilməzdir", - deyə o bildirib.

Nigar
“Cebhe.info”