Sərnişinlər 204 nömrəli avtobusdan şikayət edirlər

Sərnişinlər 204 nömrəli avtobusdan şikayət edirlər

Bakıda 204 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların interval cədvəlindən sərnişinlərin narazı olması barədə xəbər vermişdik.

Sərnişinlər bildirirlər ki, yay fəslinin gəlişindən sonra xəttə buraxılan avtobusların sayı azaldılıb. Hazırda avtobusların təqribən yarım saatdan bir gəlməsi adi hala çevrilib.

"Cebhe.info"-nun sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sıxlıq avtobusların hərəkət cədvəlinin pozulmasına və intervalın artmasına səbəb olur:

““Kənan 2000” MMC-nin istismarında olan 204 nömrəli marşrut xəttində 8 avtobus, 9 dəqiqə intevalla sərnişinlərə xidmət göstərir. Avtobuslar səhər saat 05:40-dan 23:10-dək xətdə olur. Şəhərin müxtəlif küçə və prospektlərində, xüsusilə də hərəkətin gur saatlarında müşahidə edilən sıxlıq hərəkət cədvəlinin pozulmasına və avtobuslararası intervalın artmasına səbəb olur".

Naibə
"Cebhe.info"