2030-cu ildə dünyanın 25 ən güclü iqtisadiyyatı
2030-cu ildə dünyanın ən güclü iqtisadiyyatına sahib olacaq ölkələr müəyyənləşib.
Hazırda qlobal “pul patronu” Çin yox, ABŞ olacaq. İlk 5-likdə yer alan yeganə Avropa ölkəsi Almaniyadır. Səudiyyə Ərəbistanı və Niderland Türkiyədən geri qalacaq.
Cebhe.info xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, amerikalı iqtisadçılar 2030-cu ildə qlobal iqtisadiyyatın sahibi olacaq 25 ölkəni müəyyənləşdiriblər.
Bu siyahıda diqqət çəkən məqamlar var. Növbəti 10 il üçün edilən bütün proqnozlarda Çin dünyanın iqtisadi lideri kimi göstərilib. Bununla belə, bu ilin ilk yarısında ölkənin yaşadığı iqtisadi çətinliklər və yavaşlama Çini 2030-cu il siyahısında zirvədən çıxarıb.
Yeni siyahıya görə, 2030-cu ildə “pulun patronu” Çin yox, ABŞ olacaq. Hindistan böyük sıçrayışla 3-cü, Yaponiya isə 4-cü olacaq.
Belə görünür ki, ilk 5-likdə yeganə Aİ ölkəsi Almaniya olacaq. Türkiyə Səudiyyə Ərəbistanı və Niderland kimi iki ölkəni geridə qoyaraq siyahıda 17-ci yerdə qərarlaşıb.
ümumilikdə 25 ölkə siyahısında ilk yerdə ABŞ, 2-ci Çin, 3-cü Hindistan, sonra isə Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa,Braziliya, Kanada, İtaliya, İndoneziya, Rusiya, Cənubi Koreya, Meksika, Avstraliya, İspaniya, Türkiyə, Niderland, Səudiyyə Ərəbistanı, İsveçrə, Nigeriya, Polşa, Tayvan, Banqladeş, Vyetnam yer alıb.
Nigar
Cebhe.info

