“Airbus” 194 milyon dollarlıq müqavilə imzalayıb

Böyük Britaniyanın "Airbus" şirkəti Avropa Kosmik Agentliyi ilə 150 milyon funt-sterlinq (təxminən 194 milyon ABŞ dolları) dəyərində müqavilə imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu müqavilə çərçivəsində şirkət ilk Mars tədqiqat aparatı üçün eniş platforması hazırlayacaq. Aparatın 2030-cu ildə Marsa enməsi planlaşdırılır.
Qeyd edək ki, "Rosalind Franklin" adlı Mars tədqiqat aparatı 2022-ci ilin sentyabrında buraxılması nəzərdə tutulurdu.
Buraxılış Rusiyaya məxsus raket vasitəsilə həyata keçirilməli idi. Lakin Ukraynadakı müharibəyə görə bu plan ləğv edilib.
Səbinə Uğur
"Cebheinfo.az"