Almaniya Kansleri İtaliyaya səfər edəcək

Almaniya Kansleri Olaf Şolts Romaya səfər edəcək.
APA xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər 1-2 mart tarixlərində baş tutacaq.
Almaniya lideri səfər zamanı İtaliya Prezidenti Sercio Mattarella ilə görüşəcək və Roma Papası Fransisk tərəfindən qəbul ediləcək.
"Cebhe.info"