Çin Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirir

Çin hakimiyyəti ABŞ ilə yaşanan ticarət münaqişəsindən doğan iqtisadi itkiləri kompensasiya etmək və ixracı başqa istiqamətlərə yönəltmək üçün Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməyə çalışır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
“Çin və Avropa münasibətlərinin yenidən qurmağın vaxtıdır. Trampın yaratdığı ticarət təlatümü bizə bu əlaqələri yenidən düşünmək fürsəti verir. Çin Avropaya daha çox məhsul ixrac etməli, eyni zamanda oradan daha çox idxal etməlidir”, - deyə Çin Makroiqtisadi Tədqiqatlar Akademiyasının aparıcı eksperti Çjan Yanşen bildirib.
Qeyd olunub ki, Pekin artıq bir neçə Avropa paytaxtına o cümlədən Stokholm, Budapeşt və Londona ticarət nümayəndə heyətləri göndərib. Çin şirkətləri isə Avropada yeni alıcılar tapmaq üçün fəaliyyətlərini fəallaşdırıblar. Lakin Çin və Aİ arasındakı əməkdaşlığa bir sıra çətinliklər - struktur ticarət disbalansı, Avropa şirkətlərinin Çin bazarına məhdud çıxışı və siyasi fikir ayrılıqları mane olur.
Bundan əvvəl Çin və İspaniya arasında ticarət, təhsil və elmi-texniki sahələrdə əməkdaşlıqla bağlı bir sıra razılaşmalar imzalanıb. İmzalanma mərasimi Pekində, Çin Dövlət Şurasının Baş naziri Li Tsyan və İspaniyanın Baş naziri Pedro Sançesin iştirakı ilə baş tutub.
Tərəflər 2025–2028-ci illəri əhatə edən yeni strateji tərəfdaşlıq planını da açıqlayıblar. Çin Ticarət Nazirliyi bildirib ki, ABŞ-nin tarif “oyunlarını” ciddi qəbul etmir, amma əgər Çin maraqlarına real zərər dəyərsə, sərt şəkildə cavab veriləcək.
Səbinə Uğur
"Cebheinfo.az"