Çindən ABŞ-yə çağırış: Kiberhücumu dayandırın

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ-ni Çinə kiber hücumu dayandırmağa çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin sözçüsünə Asiya Qış Oyunları zamanı ABŞ mənşəli kiberhücumda şübhəli bilinən şəxslərin tutulması üçün Harbin İctimai Təhlükəsizlik Müdirliyinin yaydığı “Mükafat bildirişi” ilə bağlı mətbuatda çıxan xəbərlər soruşulub.
Bildirilib ki, Asiya Qış Oyunları zamanı yarışların informasiya sisteminə və Heilongjiang əyalətinin “kritik məlumatlarının” yerləşdiyi infrastruktur obyektlərinə kiberhücumda iştirak edən ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) əməkdaşlarının tutulmasına kömək edənlər mükafatlandırılacaq.
Lin Jian bu məsələdə Çinin mövqeyini təkrarladıqlarını və ABŞ-nin həyata keçirdiyi kiberhücumun Çinin mühüm məlumatları ehtiva edən infrastruktur obyektlərinə, müdafiə, maliyyə, cəmiyyət, istehsal və Çin vətəndaşlarının şəxsi məlumatlarının təhlükəsizliyinə ciddi ziyan vurduğuna diqqət çəkib.
Nigar Hacılı
"Cebheinfo.az"