Dağıstanda terror qurbanlarının sayı 22 nəfərə çatıb

Dağıstanda terror qurbanlarının sayı 22 nəfərə çatıb

İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.

“Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, - o vurğulayıb.

Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.

"Cebhe.info”