DEM Partiyası AKP və MHP-ni ziyarət edəcək: Tarix bəlli oldu

DEM Partiyası AKP və MHP-ni ziyarət edəcək: Tarix bəlli oldu

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın çağırışı ilə başlayan barış prosesi çərçivəsində Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) rəhbər heyəti siyasi partiyalarla görüşəcək.

“Cebheinfo.az” xəbər verir ki, DEM Partiyası ilk olaraq 10 martda Cümhuriyyət Xalq Partiyasında (CHP) olacaqlar.

17 martda isə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) və Milliyyətçi Hərəkat Partiyasında (MHP) də görüş keçirəcəklər.

Xatıradaq ki, fevralın 27-də Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırışı edib. Onun terrorçulara çağırış mətni DEM Partiyasının heyəti tərəfindən ictimaiyyətə açıqlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”