Dünyanın neçə faizi sosial mediadan istifadə edir?

Dünyanın neçə faizi sosial mediadan istifadə edir?

Statista onlayn statistika portalından toplanan məlumatlara görə, apreldə “Facebook” aylıq 3 milyarddan çox aktiv istifadəçisi ilə dünyada ən çox istifadəçisi olan sosial media platforması kimi ilk mövqeyini qoruyub saxlayır.

"Cebhe.info" xəbər verir ki, “Facebook”un da sahibi olduğu “Meta” şirkətinə məxsus “Instagram” və “WhatsApp” aylıq 2 milyard istifadəçi ilə siyahıda 3-4-cü, “Facebook Messenger” isə bir milyard istifadəçi ilə 7-ci yerdədir.

Siyahıda ikinci yerdə "Google"-a məxsus onlayn video paylaşma platforması "YouTube" gəlir. “YouTube”-dan dünyada 2,5 milyard insan istifadə edir. İlon Maska məxsus "X" (keçmiş “Twitter”) platforması 611 milyon istifadəçi ilə 12-ci yerdədir.

ABŞ-də fəaliyyət göstərən 9 diqqətçəkən şirkətlə yanaşı, 6 Çinli şirkət də siyahıda yer almağı bacarıb.

Çin sosial media tətbiqləri arasında ən populyar platforma təxminən 1,6 milyard istifadəçisi olan "TikTok" olub.

"TikTok" 5-ci, "WeChat" 1,3 milyard istifadəçi ilə 6-cı, "Douyin" 755 milyon istifadəçi ilə 10-cu, "Kuaishou" 700 milyon istifadəçi ilə 11-ci, "Weibo" 600 milyon istifadəçi ilə 13-cü və onu 554 milyon istifadəçi ilə 14-cü yerdə QQ izləyir.

Nigar Hacılı 
"Cebhe.info"