Ekvador xaos içində: Bələdiyyə sədrləri bir-bir öldürülür

Ekvador xaos içində: Bələdiyyə sədrləri bir-bir öldürülür

Ekvadorun El Oro əyalətinin Portovelo şəhərinin bələdiyyə sədri Xorxe Moldonadoya silahlı hücum edilib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Ekvador Bələdiyyələr Assosiasiyasının (AME) verdiyi açıqlamada bildirib.

Moldonadonun xəstəxanada öldüyü bildirilən açıqlamada son 2 gündə iki bələdiyyə sədrinin öldürüldüyü vurğulanıb.

Aprelin 17-də Ande əyalətinin Azuay şəhərinin bələdiyyə sədri Camilo Ponce Enrikes də silahlı hücumda həlak olub.

Ekvador mətbuatının məlumatına görə, hər iki bələdiyyə sədri qanunsuz mədənçilik fəaliyyəti ilə məşğul olan cinayətkar dəstələr tərəfindən öldürülüb.

Nigar Hacılı 
"Cebhe.info"