Əməliyyat komandirləri telefonla danışıb

Hindistan və Pakistanın əməliyyat komandirləri arasında telefon danışığı olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat verib.
Telekanalın verdiyi məlumata görə, danışıqlar iki ölkə arasında atəşkəs razılaşması məsələsi üzrə aparılır. Qeyd edək ki, Hindistan-Pakistan münasibətləri 22 aprel tarixində Hindistanın Cammu və Kəşmir ərazisində yerləşən Pahalgamda törədilən terror aktından sonra gərginləşib.
7 may gecəsi Hindistan Silahlı Qüvvələri “Sindur” əməliyyatına başlayaraq Pakistanın və onun nəzarətində olan Kəşmirdəki 9 hədəfi vurdu. Pakistan isə cavab zərbələri endirdi. 10 mayda tərəflər atəşkəs rejimi üzrə razılaşdılar, lakin bir neçə saat sonra Cammu və Kəşmirin bir sıra şəhərlərində və Penjabda pilotsuz uçan aparatların müşahidə edildiyi, hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirildi. 12 mayda "Hindustan Times" qəzeti Hindistanın Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacağını, siyasi əlaqələrin olmayacağını qeyd edib.
Səbinə Uğur
"Cebheinfo.az"