Erməni nazir: “Qarabağa “Artsax” deyə bilmərəm, çünki...”

“Qarabağ erməniləri əllərində olan silahlarla döyüşə bilərdilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu fevralın 11-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
O əlavə edib ki, qondarma Dağlıq Qarabağ Respublikasında hökumət dəyişib və o, daha sonra “DQR”-in buraxılması ilə bağlı sənəd imzalayıb. Onun sözlərinə görə, təhlükəsizlik şəraitində ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq. Eyni zamanda Simonyan izah edib ki, o, Qarabağı “Artsax” adlandıra bilməz:
“Çünki mən siyasi fiquram və məsuliyyət daşıyıram”.
Xəzər
“Cebheinfo.az”