Fermerlər Ukrayna taxılını yola tökdülər

Polşalı fermerlər Ukraynanın nəzarətsiz ərzaq idxalına etiraz olaraq bazar günü sərhəddə yerləşən Dorohusk kəndi yaxınlığındakı yola Ukrayna taxılını töküblər.
"Cebhe.info" xəbər verir ki, etirazın təşkilatçılarından biri və sağçı Konfederasiya Alyansının üzvü Rafal Mekler Polşanın cənub-şərqində magistral yola tökülmüş taxılları əks etdirən fotoları sosial şəbəkələrdə yerləşdirib.
Polşalı fermerlər Aİ-yə daxil olmayan ölkələrdən idxal olunan malların qiymətlərinin aşağı düşməsi səbəbindən dolanışıqlarının azalması barədə məlumatlılığı artırmaq üçün cümə günündən bəri ölkə boyu etiraz aksiyaları keçirirlər. Oxşar etirazlar Almaniya, İtaliya və Fransada da keçirilib.
Nigar Hacılı
"Cebhe.info"