Fransada suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib - VİDEO

Fransada suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib - VİDEO

Fransanın bir neçə yaşayış məntəqəsində suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, sakit başlayan aksiya sonradan polislə qarşıdurmaya çevrilib. Radikal qruplar polisə daş, Molotov kokteyli atıb, irriqasiya sistemlərinə zərər veriblər.

Polis narazı kütləyə gözyaşardıcı qaz və dəyənəklə müdaxilıə edib. Toqquşmalarda 38 nəfər xəsarət alıb. Onlardan beçi reanimasiyadadır.

Aksiyalarda iştirak edənlərin sayı 30 000 nəfəri keçib.

Cebhe.info