"Gizli okeanları" olan 17 yeni planet tapılıb

NASA "gizli okeanları" olan 17 yeni planet kəşf edib.
"Cebhe.info" xəbər verir ki, sulu əraziləri olan planetlər də yerdənkənar canlılara ev sahibliyi etmək potensialına malikdir. Bu 17 yeni planetdə buzla örtülmüş sulu ərazilər ola bilər. Planetdə suyun olması onun həyat üçün potensialını əhəmiyyətli dərəcədə artırsa da, bu, planetdə həyatın olması demək deyil.
“The Astrophysical Journey” jurnalında dərc olunan yeni araşdırma tədqiqatçıların planetləri necə təhlil etdiklərini ətraflı şəkildə izah ediblər. Tədqiqatçılar yeni tapılan 17 planet haqqında deyiblər:
"Soyuq okean planetləri də buzlu səthlərinin altında yaşayış üçün əlverişli mühitlər saxlayan astrobioloji cəhətdən əhəmiyyətli planetlər ola bilər".
Ləman İsmayıl
"Cebhe.info"