“Göydələn”in tikintisində kütləvi dava: İşçilər nahara görə əlbəyaxa oldular 

“Göydələn”in tikintisində kütləvi dava: İşçilər nahara görə əlbəyaxa oldular 

Moskvanın şimalında “Alfi Tower” “göydələn”inin tikintisində onlarla miqrant arasında nahar üçün növbə üstündə dava olub.  

Cebhe.info xəbər verir ki, bu barədə “Telegram”-da məlumat yayılıb.

Məlumata görə, işçilər yeməkxanada oturacaqları bölüşməyiblər və nəticədə mübahisə davaya çevrilib. İki nəfər xəsarət alıb, həkimlər onlara lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Ümumilikdə 40-a yaxın şəxs polis bölməsinə aparılıb, onlardan 35-nin Özbəkistan, daha ikisinin isə Rusiya və Türkiyə vətəndaşları olduğu məlum olub. Bəzi məlumatlara görə, dava edənlər arasında azərbaycanlılar da olub. Davanın 4 iştirakçısı saxlanılıb, daha bir neçə inşaatçı axtarışa verilib. Münaqişənin təhrikçilərinə qarşı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.

Xəzər
Cebhe.info