"Green Card" nəticələri bu tarixdə elan olunacaq
2023-cü ildə "Green Card" müraciətləri oktyabrın 4-də başlayıb və noyabrın 7-də başa çatıb.
"Cebhe.info" xəbər verir ki, ABŞ-də qeyri-müəyyən müddətə işləmək və yaşamaq imkanı təqdim edən "Green Card" lotereyasının cavablarının elan olunacağı vaxt açıqlanıb.
Müəyyən edilmiş cədvələ əsasən, "Green Card" müraciətinin nəticələri 4 may 2024-cü il tarixində elan ediləcək. DV Lotereyasının rəsmi internet saytında namizədlərin istifadəsinə veriləcək "Green Card” nəticələrinə onların təsdiq nömrəsi ilə baxmaq olar.
Ləman İsmayıl
"Cebhe.info"


